ABŞ-ın neft ehtiyatları azalmaqda davam edir

ABŞ-ın neft ehtiyatları azalmaqda davam edir

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (1-5 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən azalıb.

"APA-Economics”in API-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 8,1 mln. barel azalaraq 461,4 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 3,1 mln. barel azaldılmasını proqnozlaşdırırdı.
Xatırladaq ki, proqnozlara əsasən, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.


Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR