“ABŞ-ın hərbi kontingenti Əfqanıstandan çıxarılmalıdır” – Donald Tramp

“ABŞ-ın hərbi kontingenti Əfqanıstandan çıxarılmalıdır” – Donald Tramp

"ABŞ-ın hərbi kontingenti Əfqanıstandan çıxarılmalı və bura ABŞ kəşfiyyat xidmətlərinin daimi nümayəndəliyi yerləşdirilməlidir.”

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox-News”a müsahibəsində deyib.
"Biz bütün dünya üçün qoruyucu rolu oynayırıq. Rusiyaya baxın, bu ölkə dünya üçün qoruyucu rolunu oynamır və öz ölkəsində daxili sabitliyi təmin edir. Çinin qoşunları hər yerdə deyil”, – deyə Tramp bildirib.
Donald Tramp həmçinin qeyd edib ki, ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin sayını əhəmiyyətli dərəcədə azaldıb: "Bizim Əfqanıstandakı qüvvələrimizin sayı 16 000-dən 9000-ə düşüb. Bu faktı çox adam bilmir. Mən bu ölkəni tərk etmək istərdim, bura terrorçuların laboratoriyasıdır”.
Qeyd edək ki, Əfqanıstanda 2001-ci ildən başlayan hərbi əməliyyatlar 17 ildən çoxdur davam edir. 2010-2013-cü illərdə Əfqanıstandakı hərbi qüvvələrin sayı 150 min nəfərdən çox olub. 2014-cü ildə isə ABŞ və NATO-ya məxsus qüvvələrin əsas hissəsi Əfqanıstandan çıxarılıb və hazırda bu ölkədə 14 000 hərbçi var.


Aktual.az
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR