ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb

ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb
  • DÜNYA

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.
Bu barədə cümə günü ABŞ-ın Tbilisidəki səfirliyinin "Facebook” sosial şəbəkəsində dərc olunmuş mesajında ​​deyilir.

"Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək”, - məlumatda bildirilib.
Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildən siyasət, iqtisadiyyat, ticarət, 1990-cı illərin sonundan isə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. 2009-cu ilin yanvarında Vaşinqtonda iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq Xartiyası hazırlanıb.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR