“ABŞ Əli Kərimlidən İranla əməkdaşlıq etdiyinə görə imtina edib”

“ABŞ Əli Kərimlidən İranla əməkdaşlıq etdiyinə görə imtina edib”

Mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrə Ə.Kərimlinin (və ya onu təmsil edə bilən adamın) deyil, Avropada Emin Millinin dəvət alması AXCP liderinin adının üstündən xətt çəkilməsi kimi izah edilir.


Bununla bağlı "Aktual.az” saytına acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ Konqresi dinləmələrə Azərbaycan müxalifətindən heç bir siyasi təşkilatı və ya partiya sədrini dəvət etməyib: " Bilirsiniz ki, bu günə kimi Konqresin Azərbaycanla bağlı dinləmələri olub və əsasən də tədbirə AXCP dəvət olunurdu. Keçən dəfə dinləmələrə Əli Kərimli dəvət olunmuşdu. O da həmin dinləmələrə İngiltərədə yaşayan tələbə oğlu Türkel Kərimlini göndərmişdi. Türkel Kərimli də dinləmələrdə atasının dəvəti ilə gəldiyini və orada yalnız atası Əli Kərimlini təmsil etdiyini bildirmişdi. Məncə, Amerika artıq Əli Kərimliyə qeyri-ciddi şəxs kimi baxır. Bunun bir sıra səbəbləri var. Əli Kərimlinin təmsil olunduğu Milli Şurada böyük əksəriyyət İranın təsirində olan şəxslərdir. Əli Kərimli prezident seçkiləri ərəfəsində Bakı şəhərində mitinqlər keçirdi. Həmin mitinqlərdə iştirak edənlərin 80%-i İran rejiminin təsirində olan şəxslər idi. Onun mitinqi sanki İranda keçirilən bir mitinqə oxşayırdı. Məncə, ABŞ-ın Əli Kərimlidən imtina etməsinin əsas səbəblərindən biri budur. Dinləmələr zamanı ABŞ nümayəndəsi Odri Alştadt Kərimlini Azərbaycan müxalifətinin ”marginal şəxsi " və ya ” qocası" adlandırıb. Hamı bilir ki, ABŞ Konqresində məruzə edən şəxslər təsadüfi fikirlər səsləndirmir. Əli Kərimli də bunu çox yaxşı bilir. Ona görə də bir neçə gündür bütün imkanları ilə Emin Millini facebook sosial şəbəkəsində trolları ilə təhqir etdirir".

N.Orduxanlı AXCP sədrinin İranla əlaqələrindən də danışdı: "Amerika çox yaxşı bilir ki, hazırda Əli Kərimli İran molla rejimi ilə əməkdaşlıq edir. Amerika çox yaxşı bilir ki, Əli Kərimli siyasi baxımdan çox qorxaq və etibarsız biridir. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Rusiyanın layihəsi olan Milli Şurada Əli Kərimli baş rolda yer almışdı. Açıq şəkildə Rusiyanın namizədi olan Rüstəm İbrahimbəyovu dəstəkləyirdi. Hətta Milli Şura Rusiya prezidenti Vladimir Putinə şanlı məktub da yazmışdı. Putini ” böyük demokrat" adlandırmışdı. Heç də təsadüfi deyil ki, Konqresdə Alştadt Əli Kərimlini Azərbaycanda resursları olmayan biri kimi təqdim etdi və Kərimlinin irəli çıxmağa heç bir şansları olmadığıını səsləndirdi. ABŞ çox yaxşı bilir ki, Əli Kərimli indiki hakimiyyətlə çox yaxın əməkdaşlıq edib və xəyanətə görə qovulub. Əli Kərimli ona böyük etimada göstərən Əbülfəz Elçibəydən tutmuş tələbə yoldaşlarına, dostlarına, hətta onun üçün sinəsini güllə qabağına vermiş şəxslərə xəyanət edib. Bu adamın mahiyyəti budur. Onlar çox yaxşı bilir ki, Azərbaycan cəmiyyətində Kərimlinin reputasiyası çox aşağıdır. Bu günlərdə Əli Kərimli ABŞ şokunu yaşamaqdadır. Fikir verin, bütün ətrafında olan şəxsləri səfərbər edib ki, Emin Millini təhqir etsin, aşağılasın, onu hörmətsiz biri kimi təqdim etsinlər. Kərimli çox yaxşı bilir ki, Avropadakı mühacirlərə olan münasibət bunu ikinci plana atır. Və əsas narahatçılığı, qorxusu budur. Düşünür ki, ABŞ yenə də bununla əməkdaşlıq etməlidir və radikal müxalifət deyiləndə yalnız və yalnız Əli Kərimli nəzərdə tutulmalıdır. Bütün günü facebookda canlı efirlərə qoşulur və daha çox hakimiyyətə qarşı radikal olduğunu nümayiş etdirir. İnanmıram ki, qısa zamanda Əli Kərimli "Emin Mill silləsindən” ayılsın. Hətta görün vəziyyət necədir ki, bütün ömrünü Əli Kərimlinin müdafiəsinə həsr edən, qohumluq əlaqələri də olan Xədicə İsmayıl Əli Kərimlini deyil, Emin Milli dəstəkləyir. Xədicə İsmayıl status yazaraq Əli Kərimlini, Cəmil Həsənlini Emin Millidən üzr istəməyə çağırış edir. Əslində hamı bilir ki, Xədicə İsmayıl ABŞ-ın agentura şəbəkəsində olan şəxslərdən biridir. Xədicə İsmayıl da Emin Millini müdafiə etməklə ABŞ-ın Əli Kərimliyə münasibətini nümayiş etdirir. Xədicə İsmayılın ona qarşı çıxması tam əminlik yaradır ki, ABŞ Kərimlidən imtina edib".

 
Aktual.az
Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR