ABŞ Dövlət Departamentindən İŞİD-in yeni başçısı barədə açıqlama

ABŞ Dövlət Departamentindən İŞİD-in yeni başçısı barədə açıqlama
  • DÜNYA

ABŞ, Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında "demək olar ki heç nə bilmir".
Diplomat qeyd edib: "Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir".


Ötən həftə ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls, Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb.


Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR