ABŞ-dan İsrailə xəbərdarlıq: Hizbullah HƏMAS deyil!

ABŞ-dan İsrailə xəbərdarlıq: Hizbullah HƏMAS deyil!

İsrailin Hizbullah hərəkatına qarşı hücumu İran və onun qruplaşmaları ilə daha geniş münaqişə riskini artıra bilər.
Aktual.az  xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
Generalın sözlərinə görə, İsrail dövlətinin bu cür addımları və Hizbullahın mövcudluğuna təhlükənin yaranması ilə daha ​​geniş münaqişə ehtimalı arta bilər:
"Hizbullah HƏMAS-ı ümumi potensialına, raketlərin sayına və digər faktorlara görə üstələyir. Və sadəcə qeyd edərdim ki, İran Hizbullaha daha çox dəstək verməyə meyilli olacaq”.
Qeyd edək ki, İsrail Livanda Hizbullaha kütləvi zərbələr endirməyə başlayıb.
Xəbər 128 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR