ABŞ-da uranın istehsalı üçün kvota tətbiq olunmayacaq

ABŞ-da uranın istehsalı üçün kvota tətbiq olunmayacaq

ABŞ prezidenti Donald Tramp ölkəsində uranın istehsalı üçün müvafiq kvota tətbiqini rədd edib.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı imzaladığı memorandumda uran idxalının milli təhlükəsizliyi təhdid etməsi barədə daha əvvəl Ticarət Departamentinin müvafiq araşdırma nəticəsində gəldiyi qənaətin "böyük narahatlıq” yaratdığını bildirib.
O, nüvə yanacağının tədarükü ilə əlaqədar olan milli təhlükəsizliyi daha dolğun təhlil etməyin vacibliyini vurğulayıb. 90 gün davam edəcək bu təhlilin bir neçə aidiyyəti quruma həvalə olunduğu bildirilir.
ABŞ-dakı mülki nüvə reaktorlarının yanacağında yerli uranın payı 2017-ci ilə aid məlumata görə, cəmi 7 faiz olub, qalan hissəsi idxal məhsuludur.
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR