ABŞ-da sutkalıq ölüm sayında rekord qeydə alındı

ABŞ-da sutkalıq ölüm sayında rekord qeydə alındı
  • DÜNYA

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəliyin təsirindən ölənlərin sayı son sutkada ən yüksək göstəriciləri keçib.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "The New York Times” yazıb.
Nəşrin məlumatına görə, son gündə ABŞ-da COVID-19-un yaratdığı fəsadlardan 2 760nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib.
Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb, 273 316 nəfər virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR