ABŞ-da qətlə yetirilən azərbaycanlının cənazəsi ölkəyə GƏTİRİLİR

ABŞ-da qətlə yetirilən azərbaycanlının cənazəsi ölkəyə GƏTİRİLİR

Bu il yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirilməsi xaricdə yaşayan soydaşlarımızı və Azərbaycan ictimaiyyətini çox məyus edib.
 
Bu haqda Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 
Qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.
 
Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni diqqət mərkəzində saxlayır və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görür.
 
Cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondu öz üzərinə götürüb.
 
Dövlət Komitəsinin rəhbərliyi və kollektivi baş vermiş qətl hadisəsi ilə bağlı kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR