ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

ABŞ-da koronavirusun yayılması yeni rekorda səbəb olub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, yoluxucu xəstəlik səbəbindən ölənlərin sayı 100 minlik həddi keçib.
ABŞ federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə 100 047 nəfər koronavirus səbəbi ilə ölüb. Bu, dünya üzrə ən böyük göstəricidir. ABŞ yoluxanların ümumi sayına görə də liderdir - təqribən 1,75 milyon nəfər.
Son sutka ərzində ən çox yoluxma hadisəsi Braziliyada qeydə alınıb – təxminən 20,6 min. Bu həm də sutkalıq rekord artımdır. Cənubi Amerikanın ən böyük ölkəsində koronavirusa yoluxanların ümumi sayı 400 min nəfəri keçib. Üstəlik, son bir neçə gündə infeksiyanın yüksək yayılması səbəbi ilə bu ölkə yoluxmuş insanların sayına (təxminən 414 min nəfər) görə dünyada ikinci yerə çıxıb.
Qeyd edək ki, pandemiyanın başlanmasından bəri dünyada 5,8 milyondan çox insan koronavirusa yoluxub, onlardan 358 minə yaxın insan ölüb.
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR