ABŞ-da həbs olunan Rusiya vətəndaşı başqa həbsxanaya köçürülüb

ABŞ-da həbs olunan Rusiya vətəndaşı başqa həbsxanaya köçürülüb

ABŞ-da casusluq ittihamı ilə həbs olunmuş Rusiya vətəndaşı Mariya Butina Virginiya ştatındakı İsgəndəriyyə həbsxanasından başqa yerə köçürülüb.

ONA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Butinanın vəkili Robert Driskoll məlumat verib.
"Mən həbsxana rəhbərliyi ilə əlaqə saxladım, M.Butina orad deyil. Hələ ki bilinmir hara köçürüldüyü”, - deyə vəkil bildirib.
Buna qədər Həbsxanaların federal bürosundan bildirilib ki, rusiyalı qadın müvəqqəti olaraq İsgəndəriyyədəki müvəqqəti saxlama təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, M.Butina noyabrın 5-də azadlığa çıxacaq.
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR