ABŞ-da azərbaycanlılara və türklərə hücum edən erməniləri 15 il həbs gözləyir

ABŞ-da azərbaycanlılara və türklərə hücum edən erməniləri 15 il həbs gözləyir

ABŞ-da həbsdə olan ermənilərə - 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Harri Çalikyana qarşı 6 maddə üzrə ittiham irəli sürülüb.

Bu barədə "Report” "Anadolu” agentliyinə istinadən xəbər verir.

İttiham aktına görə, Uilyam Stepanyan ötən il noyabrın 4-də mobil telefonla göndərdiyi mesajda Los-Anceles şəhərində "türkləri ovlamağı" planlaşdırdığını bildirib və həmin gün Harutyun Harri Çalikyan ilə görüşüb.

Restorana basqın edən cinayətkarlardan biri "sizi öldürməyə gəldik, öldürəcəyik" - deyib. İttiham aktında hücum zamanı bir neçə nəfərin xəsarət aldığı qeyd edilib. Bildirilir ki, cinayətkarlar restorana 20 min ABŞ dolları ziyan vurublar, ictimai iaşə obyekti müvəqqəti bağlanıb və minlərlə dollarlıq gəlirdən məhrum olub.

Təqsirləndirilən şəxslərin nifrət cinayətinə görə 10 il, əvvəldən planlaşdırılmış cinayətlərə görə 5 il olmaqla, ümumilikdə isə hər birinin azadlıqdan 15 il müddətinə məhrum edilməsi istənilir.

Qeyd edək ki, hadisə ötən ilin 4 noyabrında yerli vaxtla saat 20:30 radələrində Los-Ancelesdə, Beverli Hills şəhərində baş verib. "İstanbul Cafe" restoranına gələn ermənilərdən ibarət 6-8 nəfərlik bir qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirməklə restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndirib.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR