ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırıb

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırıb

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
Məlumata əsasən, söhbət "Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian” hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə məlumat verilmişdi.
Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.
 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR