ABŞ alimlərindən COVID-26 və COVID-32 təhlükəsiylə bağlı xəbərdarlıq

ABŞ alimlərindən COVID-26 və COVID-32 təhlükəsiylə bağlı xəbərdarlıq

Amerikalı alim, koronavirus və yoluxucu xəstəliklər üzrə mütəxəssis Peter Hotez COVID-19-un mənşəyini diqqətlə öyrənməyin lazım olduğunu, əks təqdirdə bəşəriyyətin COVID-26 və COVID-32-nin ortaya çıxması ilə qarşılaşa biləcəyini deyib.

Aktual.az xəbər verir ki, onun sözlərinə görə, mövcud epidemiya (koronavirus pandemiyası) XXI əsrdə üçüncüsüdür.

"Ana təbiət bizə nə olacağını söyləyir: COVID-19-un necə və haradan gəldiyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 olacaq", - Hotez fikrini əsaslandırıb.

Alim qeyd edib ki, "koronavirus epidemiyası”nın ortaya çıxmasını öyrənmək üçün viroloqları və digər mütəxəssisləri Çinin Vuhan şəhərinə göndərmək lazımdır. Orada onların məlumat toplamalarına və nümunələrə ehtiyac var. Digər şeylər arasında Hotez mütəxəssislərə heyvanlara, insanlara, nümunələrə və laboratoriyalara maneəsiz giriş imkanı vermək üçün Çinə güclü təzyiq göstərməyin lazım olduğunu vurğulayıb.
  
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR