“ABB-Moskva” fəaliyyətini bərpa edəcək

“ABB-Moskva” fəaliyyətini bərpa edəcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi – "ABB-Moskva” fəaliyyətini bərpa edəcək.

"Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar ABB-nin səhmdarlarının dekabrın 25-də keçirdiyi ümumi yığıncağında qəbul edilib.
Məlumatda ABB-nin İdarə Heyəti tərəfindən Zaur Qaraisayevin "ABB-Moskva”nın İdarə Heyətinin sədri təyin olunduğu bildirilir.
Qeyd edək ki, ötən gün ABB-nin yaydığı məlumatda bildirilib ki, bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bununla belə, bank törəmə müəssisələrlə bağlı verdiyi qərarı açıqlamayıb.
 
Aktual.az
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR