Ağac kəsən vəzifəli şəxs cərimələnib

Ağac kəsən vəzifəli şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən "Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

ETSN-dən Aktual.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.
Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.
 
Aktual.az
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR