9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?

9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?
  • DÜNYA

Qərb ölkələri terror təhlükəsi adı ilə İstanbulda konsulluq fəaliyyətlərini dayandırır: səbəb kimi İsveçdə Türkiyə səfirliyinin önündə Quranın yandırılması və buna Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərinə qarşı hücumlarla cavab verilməsi ehtimalı göstərilsə də, hədəfin 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Ərdoğanın səs itirməsi olduğu istisna deyil.
Aktual.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı 9 ölkənin İstanbuldakı konsulluqlarını "terror təhlükəsi səbəbindən” bağlaması haqqında qeyd edib.
O bildirib ki, terror təhlükəsi haqda yaradılan rəy Türkiyənin iqtisadi və siyasi mənzərəsinə təsir edə bilər:
- Turist axını azalır, eləcə də xarici investisiya ölkədən çıxır;
- Seçicilərin seçiminə təkcə iqtisadi yox, həm də sabitliyin pozulması üzərindən təsir edirlər və s.
"Seçkilər yaxınlaşdıqca hadisələrin yönləndirilməsinə hesablanmış bu kimi addımların daha intensiv xarakter alacağı, hətta terror hücumlarına cəhdlərin ola biləcəyi də mümkündür”.
Qeyd edək ki, Türkiyə XİN 9 ölkə səfirini bu məsələ ilə bağlı dəvət edib və etirazını bildirib.
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR