700 il əvvəl yaşamış insan yenidən canlanıdırılır - FOTOLAR

700 il əvvəl yaşamış insan yenidən canlanıdırılır  - FOTOLAR
  • DÜNYA

Şotlandiyalı alimlər 700 il əvvəl yaşamış gözəl qadın və din xadimini rəqəmsal formada canlandırıblar.

Aktual.az "The Science” jurnalına istinadən bildirir ki, tədqiqatçılar kəllələri skan edərək, onları 3D formatında yenidən qurub və səs effektləri əlavə ediblər.
 
Mütəxəssislər 1950-ci ildə tapılan insan sümüklərinin orta əsrlər insanının həyatı haqqında daha çox məlumat əldə etməyə imkan verəcəyini ümid edirlər.
 
Rəqəmsal formada canlandırılan 14-cü əsrin "gözəl" qadını və "yarıq damaqlı” din xadimidir. Hər ikisi Şotlandiyada keçirilən kitab festivalında iştirakçılara orta əsrlər haqqında məlumat verəcək.

20 yaşlarında vəfat edən və dəniz qabığı yatağına qoyulmuş naməlum qadın 1950-ci illərdə Dumfries və Gallowaydəki Whithorn Priory sahəsində aparılan tikinti zamanı aşkar edilib.

Bredford Universitetinin mütəxəssisləri üzün rekonstruksiyasından və kompüter texnologiyasından istifadə edərək, Wigtown Kitab Festivalında keçiriləcək tədbirdə öz hekayəsini danışacaq qadının real animasiyasını yaradıblar.

TƏDQİQAT NECƏ KEÇİRİLİB?

Şotlandiya Milli Muzeyləri 3D skan edilməsi üçün orta əsrlərdə yaşayan üç insanın kəllə sümüyünü "borc” verib. Daha sonra kəllə sümükləri rəqəmsal olaraq yenidən qurulub və onları həyata keçirmək üçün səs effektləri əlavə edilib.

Antropoloq və məhkəmə eksperti Dr.Kristofer Ryan qadının kəlləsinin indiyə qədər görmədiyi ən simmetrik baş quruluşuna sahib olduğunu və buna görə də çox gözəl bir simaya malik olduğunu düşündüyünü bildirib.
 
Bununla belə, Ryan qeyd edib ki, qadın 1200-cü illərdə Whithorn yepiskopu olan yepiskop Valterin məzarının yanında daş tabutda basdırılıb. Alim bildirib ki, bu qadının yüksək statusa malik olduğunu göstərir.

Yaxınlıqdakı tabutda damaq yarığı olan üçüncü skelet də tapılıb.

Mövzu ilə bağlı şərhlər verən ekspert Julia Muir Watt "Bununla biz orta əsrlər insanlarının kim olduqlarını onların gündəlik həyatları və inancları ilə əlaqələndirə bilərik” - deyib.




Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR