689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib".

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub:
"Onlardan 2193 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1255 nəfəri qaytarıb, 689-u isə qeydə alınıb”.
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR