65 min manatlıq oğurluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

65 min manatlıq oğurluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Bayramovun barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Bildirilib ki, S.Bayramov məhkəmə istintaqı dövründə zərərçəkmişə dəymiş zərər ödəyib. 
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR