6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq – Təhsil Nazirliyi

6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq – Təhsil Nazirliyi

Azərbaycanda 6 günlük tədris sistemi olan məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Bunu "Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 
Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: "Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.
Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. 
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR