5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücüyə bəraət verildi

5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücüyə bəraət verildi

Şirvan Apellyasiya Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilərək həbs edilən sürücü Zakir Əliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.


Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə şikayət araşdırılıb və təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib.

Məhkəmənin qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilib və təqsirləndirilən şəxs Z.Əliyevə bəraət verilərək məhkəmə zalından azadlığa braxılıb.

Qeyd edək ki, ötən il sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi "VAZ-2106" və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində Z.Əliyev və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR