400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur

400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur

Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.
Bu barədə "Report”un Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.
Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.
Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:
Samara - 9 nəfər (2 nəfər reanimasiyada)
Novosibirsk - 36 nəfər
Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri - 40 nəfər (6 nəfər)
Stavropol diyarı - 11 nəfər
Mari El Respublikası - 8 nəfər (1 nəfər)
Ulyanovsk - 4 nəfər
Kirov - 13 nəfər (2 nəfər)
Sankt-Peterburq - 41 nəfər (15 nəfər)
Murmansk - 105 nəfər (23 nəfər)
Moskva - 74 nəfər (13 nəfər)
Nijni Novqorod - 36 nəfər (8 nəfər)
Tver vilayəti - 9 nəfər
Kostroma vilayəti - 12 nəfər
Saxalin vilayəti - 7 nəfər (1 nəfər)
Dağıstan Respublikası - 7 nəfər (3 nəfər).
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR