4 illik fasilədən sonra ilk Rusiya sərnişin təyyarəsi Tbilisiyə enib

4 illik fasilədən sonra ilk Rusiya sərnişin təyyarəsi Tbilisiyə enib

Təxminən 4 il sonra Rusiyaya məxsus ilk sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına enib.
Aktual.az xəbər verir ki, "Azimuth Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanında etiraz aksiyası ilə qarşılanıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çox sayda polis cəlb edilib.
Gürcüstan Prezidenti Salome Zurabişvili də aviareysin alqışlanmadığını bəyan edib: "Gürcü xalqının etirazına baxmayaraq Rusiya öz alqışlanmayan təyyarəsini Tbilisiyə endirib”, - deyə Zurabişvili Tvitterdə qeyd edib.


Xəbər 200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR