4 dağıstanlı Filip Kirkorovun konsertində terror aktı törətmək istəyib

4 dağıstanlı Filip Kirkorovun konsertində terror aktı törətmək istəyib

Dağıstanın 4 sakini məşhur müğənni Filip Kirkorovun 2017-ci ilin mayında Mahaçqaladakı konsertində terror aktı hazırlamaqda ittiham olunur.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hazırda istintaq başa çatıb, cinayət işinin materialları ilə tanışlıq gedir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, İŞİD terror qurplaşması ilə əlaqəsi olan Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov, Samir İbrahimov F.Kirkorovun konsertində partlayış törətməyi planlaşdırıblar. Sonradan onlara qoşulan Şamil Maqomedov isə bomba hazırlanması üçün lazım olan vasitələri əldə edib. Lakin terrorçuların çox sayda insanın zərər çəkə biləcəyini düşünərək plandan imtina etdikləri bildirilir.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR