38 yaşlı kişi bıçaqlandı

38 yaşlı kişi bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma faktı qeydə alınıb. 

APA-nın xəbərinə görə, qanlı hadisə Azadlıq prospektində, Nəsimi bazarının yaxınlığında qeydə alınıb.

Məlumata görə, paytaxt sakini, 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu bıçaqlanaraq 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Həkimlər ona 5 bıçaq xəsarətinin yetirildiyini müəyyən edib.Hadisənin təfərrüatlarını Nəsimi polisi araşdırır. İlkin məlumata görə, X.Kələntərov Elmar adlı bir şəxslə mübahisə edən zaman bıçaqlanıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu deyilir.

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR