22 yaşlı qız itkin düşdü

22 yaşlı qız itkin düşdü

İsmayıllı rayon sakini itkin düşüb.

Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Nigar Məmmədlinin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.

Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə xəbər vermələri xahiş olunur. 

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR