Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Aktual.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla saat 07:23-də baş verən zəlzələ yerin 8,81 kilometr dərinliyində meydana gəlib.
Bundan başqa, saat 07:29-da Simavda 3,9 bal gücündə növbəti yeraltı təkan baş verib.
Tələfat və dağıntı qeydə alınmayıb.
Xəbər 220 dəfə oxunub.