Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Aktual.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var.
"Onların 3 milyon 5 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 57 nəfəri isə qadındır (52,56%)”, - komissiya sədri  bildirib.
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən, bu il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR