Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Aktual.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan bir nəfər vəfat edib.

Ölkədə indiyədək 802 060 nəfər koronavirusa yoluxub. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152nəfərdir.

Ölkədə son sutka ərzində 2 442, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 3 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 2, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 0 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 030, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 863, üç və daha çox doza vaksin vurduranların sayı 3 345 733, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 918 təşkil edir.
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR