Azərbaycanda professor vəfat etdi (FOTO)

Azərbaycanda professor vəfat etdi (FOTO)

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əli Sadıxov 84 yaşında  vəfat edib.

Aktual.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Ə.Sadıxov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (İndiki Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. 1964-cü ildə Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə işə qəbul olunub. 1984-cü ildə dosent, 1991-ci ildə professor elmi adı alıb.

1971-1976-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası, 1980-1984-cü illərdə Madaqaskar universitetlərində pedaqoji fəaliyyət göstərib. 1984-1987-ci illərdə Maşınqayırma texnologiyası kafedrasının müdiri, 1987-1989-cu illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Ali Məktəblər İdarəsinin rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun tədris işləri üzrə prorektoru, 1990-1992-ci illərdə rektoru vəzifəsini icra edib. Onun rektor vəzifəsində çalışdığı dövrdə instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti adlandırılıb.

140-dan çox elmi-metodiki əsərin, o cümlədən 12 ixtira, 15 dərs vəsaiti və monoqrafiyanın müəllifidir.

Xəbər 744 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR