Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.

Ölkədə son sutka ərzində 3 174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 2 292 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, üç və daha çox doza vaksin vurduranların sayı 1 349, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 184 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 764 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 354 028, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 487, üç və daha çox doza vaksin vurduranların sayı 3 307 795, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 097 təşkil edir.
Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR