Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 149 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 928, bu günə qədər isə ümumilikdə 6 949 748 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1427 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 759 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 922, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 304 535, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 643 nəfər təşkil edir.
Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR