Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 222, bu günə qədər isə ümumilikdə 6 947 820 test icra olunub.

Ötən sutka koronavirus əleyhinə 1360 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 757 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 303 577, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 524 nəfər təşkil edir.

Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR