BDU-nun dosenti vəfat etdi (FOTO)

BDU-nun dosenti vəfat etdi (FOTO)

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Sədrəddinov vəfat edib.

"Report" xəbər verir ki, S.Sədrəddinov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1941-ci il sentyabrın 27-də anadan olub. Orta təhsili 1958-ci ildə Ucar rayonunun Küçəkənd kənd orta məktəbində alıb. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, "Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!
Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR