2022-ci ilin yaşayış minimumu 205 manat, ehtiyac meyarı 200 manat olacaq

2022-ci ilin yaşayış minimumu 205 manat, ehtiyac meyarı 200 manat olacaq

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumu 205 manat məbləğində müəyyən ediləcək.

Aktual.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

"Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının məbləği 200 manat məbləğində müəyyənləşdirilir.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR