Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Aktual.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib.
O, nazirin müşaviri təyin olunub.
ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib:
"Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.
Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.
Xəbər 630 dəfə oxunub.