Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin, Banqladeş Xalq Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin, Kamboca Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın və Çili Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xəbər 383 dəfə oxunub.