Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR

Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində rotasiya qaydasında növbəti kadr dəyişiklikləri baş verib.

Aktual.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon polis idarəsinin rəisi, polis polkovniki Eldar İlyasov vəzifəsindən azad edilərək Qusar RPŞ-nin rəisi təyin edilib. 

Digər əmrə əsasən, Səbail rayon polis idarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad edilərək Sabunçu RPİ-nin rəisi təyin olunub.

Nazirin imzaladığı digər əmrlə Samux rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Cəlilabad rayon RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Aktual.az-a faktı təsdiqləyib.


Xəbər 898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR