Baş Prokurordan yeni təyinat

Baş Prokurordan yeni təyinat

Baş Prokurora yeni köməkçi təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Abbasov Mahir Fəxrəddin oğlu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, M. Abbasov buna qədər Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru olub.
Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR