Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublubarəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib. 

Aktual.az "Report”a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
T.Yaqublu hazırda "City Hospital"dadır.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki,T.Yaqublunun səhhəti imkan versə xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam etdiriləcək.
Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin edilib.
Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR