Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaq məhsulları bahalaşıb
  • DÜNYA

İyulda Gürcüstanda istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,5% azalma olub.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik inflyasiya isə 5,7% təşkil edib.
Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 1,6% azalıb. Meyvə və üzüm 11,7%, tərəvəz 8,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 2,7% ucuzlaşıb, qəhvə, çay və kakao isə 2% bahalaşıb.  
Geyim və ayaqqabıların qiymətində isə 4% azalma qeydə alınıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,5%, alkoqollu içkilər və tütünün qiyməti isə 9% artıb. 
Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR