Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

8 iyulda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 8 iyulda Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  
Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR