Energetika nazirliyində yeni təyinat

Energetika nazirliyində yeni təyinat

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə "Report"-a Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Kamal Abbasov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR