Gürcüstanın Azərbaycana borcu açıqlandı

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Gürcüstanın Azərbaycana 6,29 milyon ABŞ dolları həcmində borcu var.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.
Mayın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Gürcüstanın ümumi xarici borcu isə 5,69mlrd ABŞ dolları təşkil edir ki, bunun da 5,44 mlrd ABŞ dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (366,44mln ABŞ dolları), Fransa (318,69 mln ABŞ dolları) və Yaponiyaya (217,52 mln ABŞ dolları) borcu var.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu da aylıq müqaysidə dəyişməz qalaraq müvafiq olaraq 12,1mln ABŞ dolları, 48,6 mln ABŞ dolları və 6,8 mln ABŞ dollarına bərabərdir.
Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR