Gürcüstan Azərbaycandan idxalı azaldıb

Gürcüstan Azərbaycandan idxalı azaldıb

2019-cu ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 58 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% olub.
2019-cu ildə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.
2019-cu ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 559,13 milyon ABŞ dolları olan məhsul idxal edib.
2018-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 5,7% azalma qeydə alınıb.
Azərbaycan Gürcüstanın ümumi idxalında 6,2% paya sahib olmaqla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.  /"Report"
Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR