Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, törədilən 20 cinayətin üstü "isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR