3 rayonda qaz təchizatı dayandırılıb

3 rayonda qaz təchizatı dayandırılıb

Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-cü km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı avqustun 18-i saat 16:50-dan etibarən təmir işləri başa çatanadək Göyçay şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İB-dən  verilən məlumata görə, bu gün səhər saat 08:25-dən etibarən isə eyni magistral qaz kəmərində aparılan təmir işləri ilə bağlı Ucar və Zərdab rayonlarının qaz təchizatı dayandırılıb.
Qaz İxrac İdarəsinin məlumatına əsasən qaz təchizatının bərpası avqustun 20-i günün ikinci yarısına planlaşdırılır.
Eyni zamanda, bu gün günorta saatlarında Qazax rayonunun Qaymaqlı kəndi və Kürdəmir rayonunun Ərşəli kəndinin daşıyıcı qaz xətlərində qaz sızması aşkar edildiyindən qazın verilişi dayandırılıb.




Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR