Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Aktual.az "Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə 49 məsələ daxildir.
İclasda əvvəlcə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələrinə baxılacaq.
Gündəliyə "Məhkəmələr və hakimlər haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.
Deputatlar "Lombardlar haqqında" qanun layihəsini də (birinci oxunuş) müzakirə edəcəklər.
Plenar iclasın davamı iyunun 28-də keçiriləcək.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR