Azərbaycan avtomobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan avtomobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 11 695 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 53 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 10 614 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 974 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,2 dəfə artaraq 54 ədəd olub. 
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR